AZ

İsrailin hərbi əməliyyatları zamanı Qəzzada 60 dan çox adam həlak olub

ain.az, Bizimyol saytına istinadən bildirir.

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində bir gündə ən azı 62 nəfər həlak olub ki, onların da əksəriyyəti eyniadlı şəhərdir.

Bizimyol.info xəbər verir ki, bu barədə "WAFA" agentliyi həkimlərə istinadən məlumat yayıb.

Zərərçəkənlərin dəqiq sayı açıqlanmayıb. Agentliyin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhərində keçirdiyi əməliyyat zamanı bir neçə yaşayış binasına və ən hündür qülləyə ziyan dəyib.

Bundan əvvəl "Axios" portalı İsrail rəhbərliyindəki mənbəyə istinadən xəbər vermişdi ki, sentyabrın 15-də Müdafiə Qüvvələri Fələstinin Qəzza şəhəri üzərində nəzarəti bərqərar etmək məqsədi ilə hücuma başlayıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
bizimyol.info

1Mənbələr