AZ

Məşhur aşpaz bir gündə 3 bankı qarət etdi

Məşhur kaliforniyalı aşpaz Valentino Luçin bir gündə üç bankı qarət etməkdə şübhəli bilinərək San-Fransiskoda həbs edilib.

Oxu.Az  xəbər verir ki, İtaliyanın məşhur "Rose Pistola" restoranının keçmiş aşpazı 62 yaşlı Luçin sentyabrın 10-da hərəkətə keçmək qərarına gəlib.

O, müxtəlif bank filiallarına girərək, kassirlərə pul verilməsinin tələb olunduğu kağızlar verib.

Polis şübhəlinin təsviri və cinayət üslubunun oxşarlığına əsaslanaraq, Luçinin şəhərin mərkəzi ərazisində daha iki qarət hadisəsi ilə əlaqəli olduğunu müəyyən edib. Tezliklə şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib.

Daha sonra aşpaz saxlanılaraq həbsxanaya yerləşdirilib. Keçmiş aşpaz hələ də həbsdədir və rəsmi ittihamları gözləyir.

Xatırladaq ki, Luçin 2018-ci ildə Orindada 18 min dolların oğurlandığı bankı qarət etdiyinə görə həbs edilmişdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
1
olaylar.az

2Mənbələr