AZ

"Ermənistan sərhəd keçidində köhnə metodlar ləğv olunur" - QHT sədri

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları da daxil olmaqla hər kəs üçün pasport və təhlükəsizlik yoxlamaları müasir texnologiya və avtomatlaşdırılmış cihazlar vasitəsilə həyata keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, sərhədçilər yalnız şübhəli hallarda müdaxilə edəcək:

"Bu köhnə əl ilə yoxlama metodlarından imtina və beynəlxalq standartlara uyğun suveren yanaşmanın tətbiqi deməkdir. Eyni sistem İran, Gürcüstan və Türkiyə ilə sərhədlərdə də işlədilir və gələcəkdə Azərbaycanla sərhəd-keçid məntəqələrində də tətbiq olunacaq".

 

Pərvanə Fərhadqızı

Seçilən
15
qht.az

1Mənbələr