AZ

ChatGPT-dan işdən daha çox şəxsi məqsədlərə istifadə edilir

OpenAI-nin araşdırmasına görə, sorğuların cəmi 27%-i işlə bağlıdır, qalanları şəxsi mövzulara aiddir...

Poliqon xəbər verir ki, OpenAI şirkətinin apardığı yeni araşdırmaya əsasən, hazırda dünyada təxminən 700 milyon insan — planetin yetkin əhalisinin 10%-i — hər həftə ChatGPT-dən istifadə edir. Lakin öyrənilən nəticələr göstərir ki, platformanın istifadə istiqaməti son bir ildə ciddi şəkildə dəyişib.

Əgər bir il əvvəl ChatGPT-yə göndərilən sorğuların 47%-i işlə bağlı idisə, hazırda bu göstərici 27%-ə qədər enib. Yəni istifadəçilər botdan daha çox şəxsi məsələlərdə yararlanmağa üstünlük verirlər.

İstifadəçilərin əksəriyyəti ChatGPT-dən gündəlik praktik məsləhətlər almaq (nəyisə necə etmək barədə), informasiya axtarmaq, eləcə də mətn yaratmaq və redaktə etmək üçün istifadə edir. Bu üç istiqamət ümumi sorğuların təxminən 80%-ni təşkil edir.

Araşdırmanın digər nəticələrinə görə, sorğuların 49%-ində istifadəçilər məlumat və ya məsləhət almağa çalışır. Təxminən 40%-də konkret tapşırıqların icrası — mətn, proqram kodu və digər materialların hazırlanması istənilir. Yerdə qalan 11% hallarda isə insanlar ChatGPT ilə sadəcə öz fikirlərini və hisslərini bölüşür, heç bir konkret informasiya tələb etmirlər.

Qeyd edək ki, ChatGPT-nin ilk açıq versiyası 2022-ci ilin sonunda təqdim olunub. 2025-ci ilin avqustunda isə OpenAI chatbotun yeni nəsil modeli — ChatGPT 5-i istifadəyə verib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr