AZ

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, Hyundai markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Qıza zamanı avtomobildə olan sərnişin Kürdəmir rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Fuad Etibar oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər sərnişin 1990-cl il təvəllüdlü Nuriyev Coşqun Cavid oğlu isə ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

Seçilən
60
7
bizim.media

9Mənbələr