AZ

"Roma"nın hücumçusu 2 həftəlik sıradan çıxıb

"Roma"nın hücumçusu Paulo Dibala A Seriyasında "Torino" ilə matçda (0:1) zədələnib və təxminən 1-2 həftə meydana çıxa bilməyəcək.

Operativ Media bu barədə "Gazeta Express"ə istinadən xəbər verir.

31 yaşlı argentinalıya sol bud nahiyəsindən yüngül zədə diaqnozu qoyulub və "Torino" ilə oyunun fasiləsində əvəzlənib.

Futbolçu sentyabrın 21-də A seriyasında “Latsio” ilə, sentyabrın 24-də isə Avropa Liqasında “Nitsa” ilə oyunu buraxa bilər.

2025/26 mövsümündə Dibala üç matçda qol vura bilməyib.

Seçilən
29
operativmedia.az

1Mənbələr