AZ

Zambiyada iki "cadugər" prezidenti qara magiya ilə öldürməyə cəhdə görə məhkum edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zambiyada məhkəmə iki kişini cadugərlik vasitəsilə ölkə prezidenti Hakainde Hiçilemini aradan götürməyə cəhd etməkdə təqsirli bilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Guardian" qəzeti yazır.
Kənd ağsaqqalı Leonard Firi və Mozambik vətəndaşı Justen Mabulesse Kandunde 2024-cü ilin dekabrında həbs ediliblər. Axtarış zamanı onlarda canlı buqələmun, heyvan quyruğu, qırmızı parça və naməlum ağ toz şəklində "cadugərlik amuletləri" aşkar edilib.
Prokurorluqdan bildirilib ki, təqsirləndirilən şəxslər bir sıra ağır cinayətlərdə şübhəli bilinən tanınmış müxalifət siyasətçisi Emmanuel "Jay Jay" Bandanın qardaşı tərəfindən tutulublar.
Hakim Fayn Mayambu vurğulayıb ki, cinayətin motivi dövlət başçısının aradan qaldırılması olub və buna görə də təqsirləndirilən şəxslər təkcə Hiçilemanın deyil, bütün Zambiya xalqının düşmənləridir. Müstəmləkə dövrünün cadugərlik haqqında qanununa əsasən, Firi və Kandunde iki il müddətinə məcburi işlərə məhkum ediliblər.
Seçilən
61
2
oxu.az

4Mənbələr