AZ

Deputatın ölümündə erməni iş adamı şübhəli bilinir

Ajans.az  xəbər verir ki, bu barədə "RİA Novosti"  nəşri məlumat dərc edib . Məlumata görə, Moskva vilayətinin məhkəməsi Kivanın qətli ilə bağlı iş adamı barəsində həbs-qətimkan tədbiri seçib. "“Ukravtodor”un keçmiş podratçısı, Ermənistandan olan 44 yaşlı iş adamı Arayik Əmirxanyan deputat İlya Kivanın qətlində şübhəli bilinir. Əmirxanyan Kivanın iqamətgahı ilə bağlı məlumatı Ukrayna xüsusi xidmət orqanlarına “sızdırıb”, bundan sonra iş adamı keçmiş deputata baş çəkib. Biznesmen hazırda rüşvət işi ilə bağlı Moskvada istintaq təcridxanasındadır. Ukraynada  Əmirxanyan büdcədən 500 milyon qrivna mənimsəməkdə günahlandırılıb və daha sonra Ermənistan pasportuna malik olduğuna görə Ukrayna vətəndaşlığından məhrum edilib", - KİV məhkəmə sənədlərinə istinadən yazıb. 

Qeyd edək ki, 2023-cü ilin dekabrında Moskva vilayətində Ukrayna Ali Radanın keçmiş deputatı İlya Kiva başından güllə ilə öldürülüb. O, Rusiya ilə Ukrayna arasında müharibə  başlamazdan əvvəl, Rusiyaya köçüb və buradan siyasi sığınacaq istəyib.

Seçilən
32
1
Ajans.az

4Mənbələr