Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sentyabrın 16-da Vətənə gətiriləcək.
Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
Bildirilib ki, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Qeyd edək ki, Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.