AZ

Putinin masasındakı “gizli qovluq”da nələr var?

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt addımlar atmağa hazır olduğunu bəyan edib, lakin bir şərtlə: Avropa İttifaqı da ilk addımları atmalıdır. Bu, Vaşinqtonun Moskvaya qarşı oyundəyişdirici (xüsusilə enerji daşıyıcıları ilə bağlı) sanksiyalara getmək niyyətində olmadığını təsdiq edir. Ağ Evin “Brüssel şərti” isə Avropadakı müttəfiqlərinin ABŞ-dan addım gözləməsi ilə bağlıdır. Tramp şərt irəli sürür ki, Avropa Rusiya neftini almağı dayandırmalıdır, yalnız o halda, ABŞ “vintləri sıxacaq”.

Vaşinqton da anlayır ki, Avropanın bu imkanı zəifdir.

- Avropa hələ də Rusiya enerjisindən asılıdır və bundan imtina etmək iqtisadi problem deməkdir;

- Köhnə Qitə Rusiyadan enerji asılılığından xilas olmaq istəyir, lakin bunun üçün zamana və alternativ mənbələrə ehtiyac var;

ABŞ-ın “müttəfiqləri”nin zəif nöqtələrindən istifadə etdiyi məlumdur. Rusiyada isə Putinin “gizli qovluğu”na ümid edirlər.

Publika.az xəbər verir ki, Rusiya mediası Putinin dünyada qüvvələr balansını dəyişməyə qadir olan “gizli qovluğu”nun olduğunu iddia edir.

“Razvedçik” teleqram kanalının iddiasında deyilir: “Moskvada strateji əhəmiyyətli ehtiyatların – uran, titan və nadir torpaq metallarının ixracına nəzarəti gücləndirən sərt tədbirlər layihəsi hazırlanıb. Bunlar Amerika sənayesinin, xüsusilə hərbi sektorunun əsas xammalını təşkil edir və onların tədarükünün məhdudlaşdırılması ABŞ-a böyük zərbə vura bilər, hətta heç bir sanksiya paketi itkiləri kompensasiya etmək iqtidarında deyil”.

Mənbələr bu tədbirlərin yer aldığı “gizli qovluğun” Putinin masasında olduğunu bildirir.

Seçilən
9
4
publika.az

5Mənbələr