AZ

Hədələyirlər ki, bu barədə danışmayım

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıqlamaları diqqət çəkib.Milli.Az xəbər verir ki, ailəsi ilə münasibətləri korlanan ifaçı gileyini dilə gətirib."Hər dəfə söz verirəm ki, bu barədə danışmayım. Mənə problemlər yaranır, hədələyirlər. Aygün bacılarından mənimlə efirə çıxmışdı. Mən digər bacımla bir-iki efirə çıxdıq. Sonra başqa şeylərə görə mübahisələrimiz oldu. Böyüksüz ailə necə olur? Özbaşınalıq, hərə bir şeyə sahib çıxır. Yaxın zamanda Cananın bibisi mənə zəng etdi ki, xalası uşağı görməyə qoymur. 15 ildə harada idiniz? Bibisi Almaniyada yaşayır. İldə bir dəfə Aygünün sağlığında da gəlib-gedib.Bacımın il mərasimini verdilər. Mənə dedilər ki, gəlmə. Mən də gedib biabırçılıq olmasını istəmədim. Camaat görüntü olaraq qınayır, amma baş verənlərdən xəbərləri yoxdur. Ağızlarına gələnləri deyirlər. Mən Allaha sığınmışam. Camaat öz balasını güclə saxlayır, ancaq bacımın yadigarıdır, nə zaman gəlsə, mənim qapım, ürəyim hər zaman üzünə açıqdır. Suraxanıda qalıram. Hamının sifətindən qaçmaq istəyirəm. Allah yol açsın, özümə ev-eşik alım".Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
news.milli.az

3Mənbələr