AZ

İsrail geri çəkilməyəcək! Katz iki vacib məqamı açdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin alovlandığını deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir Fələstinin radikal HƏMAS hərəkatı tamamilə məhv edilənə və 2023-cü ilin oktyabrında silahlılar tərəfindən oğurlanan girovlar azad olunana qədər hücumu davam etdirmək planlarını təsdiqləyib.

“İsrail öz missiyası tamamlanana qədər geri çəkilməyəcək və təzyiqi azaldmayacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 16-na keçən gecə İsrail Qəzza şəhərini ələ keçirmək üçün hərbi əməliyyata başlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
globalinfo.az

1Mənbələr