Son illər Azərbaycanda vergi borclanmaları artmaqdadır. Yerli şirkətlər, dövlət qurumları, xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri vergiyə yaranmış borclarını ödəmirlər.
Musavat.com xəbər verir ki, təxmini hesablamalara görə, ayrı-ayrı şirkətlərin, qurumların vergiyə yaranmış borcu yüz milyonlarla manatdır.
Azərbaycada vergi borcu yarananlar arasında diqqət çəkən tərəflər də var. Ölkəmizdə fəaliyyət göstərən səfirliklərdən ikisinin də vergiyə borcu yaranıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin hazırda vergiyə yaranmış borcu 247 min manatdır.
Vergi olan borcu olan səfirliklərdən biri də Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyidir. Bu səfəriliyin isə vergiyə yranmış borcu 3 min manatdır.
Musavat.com