AZ

"Tramp özü-özündə haqlıdır"

"Tramp

Rusiyanı cəzalandırmaq hədələrinin boş olduğunu görəndən sonra bir çoxları Trampı lovğa və qətiyyətsiz adam adlandırmağa başlayıblar. Göründüyü kimi Trampın xarakterinin xüsusiyyətləri tədricən bəlli olur. O əvvəlcə yuxarı tondan danışır, hədələr gəlir, sonra isə Putinlə danışıqdan sonra bütün ritorika dəyişir.

Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.

"Trampın bunu hansı səbəbdən etməsi müxtəlif spekulyasiyalara səbəb olur. Amma dünyanın superdövlətinin başçısı kimi verəcəyi qərarın artıq gətirdiyi nəticələrin geri dönüşünün olmayacağını bir çoxlarından fərqli olaraq Tramp daha yaxşı bilir. Maraqlı tərəflərin Trampda qüsurlar axtarmasını qərəzli mövqe hesab etmək olar. Onlar öz maraq dairələrindən çıxış edirlər. Tramp isə alacağı qərarların məsuliyyətini daşıyır. O isə bunu istəmir. Tramp qırmızı xətlərin çoxdan tapdalandığı bir mühitdə hər kəsin məsuliyyət almasını istəyir" - politoloq deyib.

O, qeyd edib ki, ona görə də Rusiya ilə enerji alışı edən Avropa ölkələrini bunu kəsməyə, Rusiyanın arxasında dayanan Çinə qarşı yüz faizlik vergi qoymağı şərt gətirir ki, sonra o da onlara qoşulsun:

"Əslində, göründüyü kimi Tramp da özü-özündə haqlıdır. O qeyd edib ki, Rusiya qarşı tək sanksiya tətbiq edilməsinin nəticə verəcəyindən əmin deyil. Amma Trampın Avropa ölkələrinin qarşısında qoyduğu şərt bu sanksiyaların nəticəsini gücləndirə və yüz faizlik edə bilər. Təbii ki, burda Tramp həmin Avropa ölkələrinə sonradan baha qiymətə satacağı neft və qazdan əldə edəcəyi gəlirləri də fkkirləşməmiş deyil. Amma Avropa ölkələri üçün Rusiyanın məğlub edilməsinə görə buna dəyər. Onsuz da Avropa ölkələri ABŞ-dan silah alıb Ukraynaya verməklə və Rusiya qorxusu ilə öz hərbi güclərini yüksəltməyə xərclədikləri pullarla bu xərcləməni edirlər. Nəticə etibarilə isə hələlik Ukrayna zərbə altındadır və hər gün minlərlə insan həlak olur".

Cavid

Seçilən
12
xalqcebhesi.az

1Mənbələr