Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilə yanaşı, "Real Madrid", "Arsenal", "Yuventus", "Borussiya Dortmund", "Tottenhem" kimi nəhənglər də ilk oyun günündə mübarizəyə başlayacaqlar.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Benfika"nın qonağı olacaq. Paytaxt Lissabondakı "Da Luj" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Real" doğma azarkeşləri önündə "Olimpik Marsel"i, "Yuventus" "Borussiya"nı, "Tottenhem" "Vilyarreal"ı qəbul edəcək. "Arsenal" isə "Qarabağ"ın Liqa mərhələsindəki rəqiblərindən olan "Atletik Bilbao" ilə səfərdə üz-üzə gələcək.
Qeyd edək ki, ÇL-in ilk turunun digər qarşılaşmaları 17-18 sentyabrda keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
20:45. PSV (Niderland) - Union (Belçika)
20:45. "Atletik Bilbao" (İspaniya) - "Arsenal" (İngiltərə)
23:00. "Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
23:00. "Yuventus" (İtaliya) - "Borussiya Dortmund" (Almaniya)
23:00. "Real Madrid" (İspaniya) – "Olimpik Marsel" (Fransa)