Gələn ilin dövlət büdcəsinə görə, Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2,9 faiz artacaq. Bu barədə Maliyyə Nazirliyi məlumat verib. .
Sənədə əsasən, neft-qaz sektorunda 2026-cı ildə 2,4 faiz azalma gözlənilir, qeyri-neft sektoru isə 5 faiz artacaq. Nazirlik bildirir ki, iqtisadi artıma əsasən qeyri-neft sahələrinin genişlənməsi və daxili bazarda sabitləşmə təsir göstərəcək.
Hesabatda qeyd olunur ki, 2029-cu ilə qədər iqtisadi artımın tədricən sürətlənməsi gözlənilir.
Maliyyə Nazirliyi bu ilin sonuna ÜDM-in 3% artacağını proqnozlaşdırır. Qeyri neft ÜDM 4,6% artacaq , neft və qaz sektorunda ÜDM 0,2% azalacaq.
N.Təbrizli