AZ

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Bakı. Trend:

3–5 noyabr 2025-ci il tarixlərində Azərbaycan RespublikasınınMədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinintəşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumukeçiriləcək. Tədbir Türkiyə Respublikasının Antalya şəhərində baştutacaq.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Forum çərçivəsində mədəniyyət elçilərişəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətininbeynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərənAzərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri iləmədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişafetdirilməsi nəzərdə tutulur.

Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irsnümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək.Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyətvə Turizm Nazirliyi tərəfindən 1–9 noyabr tarixlərində keçiriləcək“Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycansözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.

Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri 1 oktyabr2025-ci il tarixinədək

https://culture.fillout.com/elchiler səhifəsiüzərindən qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanınmüxtəlif bölgələrində təşkili planlaşdırılır.

Seçilən
121
8
az.trend.az

4Mənbələr