AZ

Trampdan “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq MƏHKƏMƏ İDDİASI

ABŞ prezidenti Donald Tramp böhtana görə “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Tramp “The New York Times”ı “sol-radikal Demokrat Partiyasının ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb.
O dəqiqləşdirib ki, iddianı Floridada qaldırıb.

Prezidentin sözlərinə görə, ittihamlar onun və ailəsinin ünvanına böhtan, qəzetin 2024-cü il prezident seçkilərində onun rəqibi, o dövrdə vitse-prezident olan Kamala Harrisi açıq şəkildə dəstəkləməsi ilə bağlıdır.

Xatırladaq ki, avqust ayında Tramp Fox News radiosuna müsahibəsində həyat yoldaşı Melaniyanın ABŞ-ın keçmiş liderinin oğlu Hanter Baydenə qarşı 1 milyard dollarlıq böhtan iddiasını dəstəklədiyini bildirmişdi.

Avqustun 14-də birinci ledinin vəkilləri Hanter Baydenə rəsmi müraciət göndərərək onu Melaniyanı Epshteynlə əlaqələndirən “yalan” və “böhtan xarakterli” açıqlamaları geri götürməyə çağırıblar.

Vəkillərin müraciətində qeyd olunub ki, həmin açıqlamalar təkcə yalan deyil, həm də Melaniya Trampın nüfuzuna bərpaolunmaz zərbə vurur.

Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr