AZ

Vəkillərin vəzifələri artırılır

Bakı. Trend:

Vəkillərin vəzifələri artırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdəvəkil:

  • üzvlük haqqını hər ay ödəməlidir;
  • normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallardahüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayanşəxslərə dövlət hesabına hüquqi yardım göstərməlidir;
  • il ərzində minimal icbari tədris saatlarını toplamalıdır;
  • Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyənetdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyiqərarları icra etməlidir.
Seçilən
20
6
az.trend.az

7Mənbələr