AZ

Vəkillərlə bağlı yeni intizam tənbehi tədbirləri müəyyənləşdirilir

Bakı. Trend:

Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş ilolacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, barəsində intizam icraatı aparılan vəkillərintizam icraatı zamanı qanunla və Vəkillərin İntizam KomissiyasınınƏsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malikolacaqlar.

Həmçinin, vəkil tərəfindən bu Qanunun və digər normativhüquqi aktların və Vəkillərin etik davranış qaydaları haqqındaƏsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzindəminimal icbari tədris saatlarının toplanmaması halları aşkarolunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

Mövcud qanunvericiliyə əsasən, vəkil peşə borcunu həyatakeçirərkən bu qanunun və digər qanunvericilik aktlarınıntələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, ocümlədən vəkil etikası normalarının pozulması halları aşkarolunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

Bununla yanaşı, vəkil haqqında intizam tənbehi intizampozuntusunun aşkar edildiyi gündən 1 il, törədildiyi gündən isə 2il müddətində tətbiq edilə bilər.

Mövcud qanunvericiliyə əsasən, vəkil haqqında intizam tənbehiintizam pozuntusunun aşkar edildiyi gündən 6 ay, törədildiyi gündənisə 1 il müddətində tətbiq edilə bilər.

Bundan əlavə, vəkillərin İntizam Komissiyası intizamicraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı iləaraşdırma aparacaq və müvafiq rəyini Vəkillər KollegiyasınınRəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın aparılmasınazərurət yaranarsa, həmin müddət 3 ayadək uzadıla biləcək.

Mövcud qanunvericiliyə əsasən, İntizam Komissiyası intizamicraatının başlandığı gündən 1 ay müddətində, bir qayda olaraq,vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini RəyasətHeyətinə təqdim edir.

Vəkillərin İntizam Komissiyasının rəyi əsasında VəkillərKollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizamtənbehlərindən biri tətbiq edilə biləcək:

  • xəbərdarlıq;
  • töhmət;
  • üzvlük haqqının 10 misli həcmində cərimə;
  • “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda göstərilənhüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dairtələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunundərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından,əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq 3 aydan biril müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanındayandırılması;
  • vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələlgətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlınormativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraqpozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görəVəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.

Mövcud qanunvericiliyə əsasən, İntizam Komissiyasının rəyiəsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkiləaşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

  • irad tutma;
  • töhmət;
  • 3 aydan 1 il müddətinədək vəkillik fəaliyyəti ilə məşğulolmanın dayandırılması;

Bununla yanaşı, vəkillər barəsində intizam icraatıaparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydalarıhaqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqındaƏsasnamənin tələbləri rəhbər tutulacaq.

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraatabaşlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və yabaşlanılmış icraata xitam verilməyəcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədəqərarından 1 ay müddətində məhkəməyə şikayət verilə biləcək.

Bundan əlavə, təklif edilən dəyişikliklə aşağıdakı müddəalarqanunvericilikdən çıxarılır:

3 aydan 1 il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanındayandırılması haqqında qərardan məhkəməyə şikayət vermək olar.Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslarolduqda İntizam Komissiyasının rəyi əsasında VəkillərKollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyəmüraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuniqüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

Seçilən
20
7
az.trend.az

10Mənbələr