AZ

Toyota Land Cruiser 300-ün xüsusi versiyasını təqdim edib

GR Sport Rally Raid yalnız Yaponiya bazarı üçün istehsal olunacaq...

Poliqon xəbər verir ki, “Toyota Motor” şirkəti Land Cruiser modelinin xüsusi seriyasını təqdim edib. Yeni komplektasiya GR Sport Rally Raid adlanır və yalnız Yaponiyanın daxili bazarı üçün nəzərdə tutulub. Yenilik Toyota Land Cruiser-in ardıcıl on ikinci dəfə “Dakar” rallisi marafonunda seriyalı avtomobillər kateqoriyasında qalib gəlməsinə həsr olunub.

GR Sport Rally Raid versiyası standart GR Sport-dan bir sıra dəyişikliklərlə fərqlənir. Avtomobil xüsusi dizayna malik Enkei PDT1 yüngül lehimli, səkkizşüalı disklərlə, Toyo Open Country tipli AT sinif şinlərlə, qırmızı rəngdə tormoz supportları və eyni rəngdə ön dartma qarmaqları ilə təchiz olunub.

Şassi asqısında daha hündür yaylar və yüksək məhsuldarlı amortizatorlar quraşdırılıb. Kuzovun bərkidici yastıqları gücləndirilmiş variantlarla əvəz edilib. Avtomobilin bütün təkərlərinin üzərində geniş “Rally Raid” yazılı qoruyucu palçıqönləyicilər yerləşdirilib.

Salonda isə fərqli atmosfer yaradılıb: oturacaqlar təbii dəri və süni zamşa kombinasiyasından hazırlanmış qara-bordo rəng çalarları ilə örtülüb. Ön oturacaqlar arasında yerləşən paneldə “Rally Raid” yazılı lazerlə işlənmiş metal lövhə diqqəti cəlb edir.

Yeni Toyota Land Cruiser GR Sport Rally Raid cəmi 12 ədəd buraxılacaq və yalnız 3,3 litrlik dizel mühərriki (309 a.g., 700 Nm fırlanma anı) ilə təklif olunacaq. Bundan başqa, daha 12 nəfər mövcud dizel GR Sport sahibləri üçün bütün Rally Raid paketini ayrıca əldə edə biləcək.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr