AZ

Vəkil sorğusunun cavablandırılması üçün müddət müəyyənləşir

Bakı. Trend:

Qanunvericilikdə vəkil sorğusunun hüquqi əsası yaradılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəkil sorğusu peşəkar hüquqi yardımıngöstərilməsi üçün zəruri olan məlumatların (sənədlərin) əldəolunması məqsədilə dövlət orqanlarına (qurumlarına), yerliözünüidarəetmə orqanlarına, habelə qanuna uyğun olaraq fəaliyyətgöstərən digər hüquqi və fiziki şəxslərə həmin şəxslərin səlahiyyəthədləri nəzərə alınmaqla vəkil tərəfindən verilən və AzərbaycanRespublikasının qanunları ilə müəyyən edilmiş hallardacavablandırılmalı olan yazılı müraciətdir.

Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə başqaqayda nəzərdə tutulmadıqda vəkil sorğusu daxil olduğu gündən ənqısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraqcavablandırılmalıdır. Bu müddət ərzində sorğunun cavablandırılmasımümkün olmadıqda, həmin müddət əlavə olaraq yeddi iş günü uzadılabiləcək.

Vəkil tərəfindən göndərilən sorğuya onun sorğu göndərilən işüzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin vəkilqurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkiltərəfindən təsdiq olunmuş surəti əlavə olunacaq. Vəkil sorğusuvəkil qurumunun sorğu göndərən vəkili və ya fərdi qaydada fəaliyyətgöstərən vəkil tərəfindən müvafiq blankda çap və imza edilməklə,habelə vəkil qurumunun rəhbəri və fərdi qaydada fəaliyyət göstərənvəkil tərəfindən möhürlənməklə təsdiqlənəcək.

Seçilən
41
5
az.trend.az

10Mənbələr