AZ

Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin iclası keçirilir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astana, 16 sentyabr, AZƏRTAC

Bu gün Qazaxıstanın paytaxtında Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin 23-cü iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasa dünya və ənənəvi dini konfessiyaların liderləri qatılıblar.

Azərbaycanı tədbirdə Qurultayının Katibliyinin daimi üzvü olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə təmsil edir.

Xatırladaq ki, sentyabrın 17-18-də Astanada Dünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçiriləcək. Forumda dünyanın təqribən 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti aktual məsələləri müzakirə edəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
azertag.az

4Mənbələr