AZ

Ukrayna Ali Radasının keçmiş deputatının qətli üzrə erməni iş adamı Əmirxanyan həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva Vilayət Məhkəməsi Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın qətli ilə bağlı iş adamı Arayik Əmirxanyanı həbs edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" istintaqla tanış olan mənbəyə istinadən məlumat verib.
İyunun 9-da yayılan xəbərlərə görə, Ukrayna Ali Radasının keçmiş deputatının qətlində "Ukravtodor"un keçmiş podratçısı, Ermənistandan olan 44 yaşlı iş adamı Arayik Əmirxanyan şübhəli bilinir.
Əmirxanyanın Kivanın yaşadığı yerlə bağlı məlumatı Ukrayna xüsusi xidmət orqanlarına "sızdırdığı" və bundan sonra keçmiş deputatın öldürüldüyü deyilir. İş adamı hazırda rüşvət işi üzrə Moskva vilayətində istintaq təcridxanasındadır.
Ukraynada Əmirxanyan büdcədən 500 milyon qrivna mənimsəməkdə ittiham edilib, daha sonra o, Ermənistan pasportuna sahib olduğuna görə Ukrayna vətəndaşlığından məhrum edilib.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Moskva vilayətində Radanın keçmiş deputatı İlya Kiva başından güllələnərək qətlə yetirilib. Xüsusi əməliyyat başlamazdan əvvəl o, Rusiyaya köçüb və buradan siyasi sığınacaq istəyib.
Seçilən
36
1
oxu.az

4Mənbələr