AZ

Gənc müəllimlərin tədrisdə üstünlüyü sevindirici haldır - Agentlik direktoru

Bu il ölkədə təxminən 5 minə yaxın müəllim yeni kadr olaraq tədris prosesinə cəlb olunub.

AzEdu.az xəbər verir ki, bu fikirləri Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, sevindirici hallardan biri yeni müəllimlərin əksəriyyətinin gənclər olmasıdır:

"Düşünürük ki, gənclərə xas təşəbbüskarlıq, enerji və dinamizm təhsilimizin inkişafında ən vacib amillərdəndir.

Xüsusi qeyd etmək istərdim ki, yeni işə başlayan müəllimlər, xüsusən də şəhər məktəblərində fəaliyyət göstərən təhsilverənlərin nəticələri olduqca yüksəkdir. Beləliklə, yeni tədris ilinə yüksək keyfiyyətlə start veririk". - direktor qeyd edib.

Seçilən
42
azedu.az

1Mənbələr