AZ

"Fərdi səhvlərə yol verdilər" - “Mançester Yunayted”in oyunçularını tənqid etdi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Premyer Liqanın yeni mövsümündə komandanın zəif çıxışına münasibət bildirib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, o, qarşıdakı matçlarda mütləq qələbə qazanmaq lazım olduğunu deyib:

“Mançester Siti” ilə derbidə “Mançester Yunayted”in futbolçuları çoxsaylı fərdi səhvlərə yol verdilər. Müdafiədə çıxış edən Luk Şou isə karyerasındakı ən pis oyunlardan birini keçirdi.

Ümumiyyətlə, oyunçular heç nə göstərmədi. Komanda hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Qarşıdakı matçlarda mütləq qələbə qazanmaq lazımdır”.

“Mançester Yunayted” 4 turdan sonra 4 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Ruben Amorimin komandası növbəti görüşünü “Old Trafford”da “Çelsi”yə qarşı keçirəcək.

Seçilən
34
sportinfo.az

1Mənbələr