Estoniya Rusiya ilə sərhəd boyunca genişmiqyaslı müdafiə qurğularının inşasına start verib.
Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumatına görə, 2027-ci ilə qədər 40 km-dən çox tank əleyhinə xəndək və 600-ə yaxın bunker tikiləcək. Sərhəddə “Əjdaha dişləri”, tikanlı məftillər və digər maneələr də quraşdırılacaq. Müdafiə zonası 100 km uzunluqda və 40 km enində nəzərdə tutulur.