AZ

Suriyada yeni prezidentin qarşısında böyük sınaq: Birliyi qorumaq təhlükə altındadır...

Ahməd əş-Şəranın diplomatik nailiyyətləri daxili parçalanma fonunda risk altında qalır...

Suriyanın prezidenti Ahməd əş-Şəraa hakimiyyətə gəlməsindən cəmi doqquz ay sonra mühüm diplomatik uğurlar qazansa da, ölkənin dərin parçalanmış strukturunu bir arada saxlamaq məsələsində ciddi çətinliklərlə üzləşir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi analitik təhlil dərc edib.

Məlumata görə, Suriyanın şimal-şərqində kürd qüvvələri 14 illik vətəndaş müharibəsindən sonra dövlətə inteqrasiya prosesinə müqavimət göstərir və hüquqlarını tanıyacaq yeni konstitusiyanın qəbulunu tələb edirlər.

Cənub-şərqdə isə druz icmasının nümayəndələri hökumət qüvvələri ilə baş verən qanlı toqquşmalardan sonra açıq şəkildə müstəqillik çağırışları edirlər.

Ölkənin şimal-qərbində isə əlevi icmasının lideri mart ayında hökumətlə əlaqəli sünni silahlı dəstələrinin yüzlərlə mülki şəxsi qətlə yetirməsindən sonra əş-Şəraa administrasiyasının onların mövcudluğuna təhdid yaratdığını bəyan edib.

Vaşinqton İnstitutunun (Washington Institute) Yaxın Şərq üzrə aparıcı tədqiqatçısı Endryu Təblər xəbərdarlıq edib ki, əş-Şəraa əldə etdiyi siyasi kapitalı itirə bilər:
“Real təhlükə var ki, Şəraa ölkənin birliyini bərpa edə bilməsin… O ya barışığa nail olacaq, ya da yalnız Suriyanın bir hissəsinə rəhbərlik edəcək. Bu, onun devriləcəyi anlamına gəlmir, sadəcə, hakimiyyəti məhdud ərazidə qalacaq”, – deyə Təblər vurğulayıb.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr