AZ

İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi oldu

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç yeni rekorda imza atıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Opta Paolo “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Belə ki, o, klubda oynamış Nils Lidholmun rekordunu təzələyərək (38 yaş 169 gün - 26 mart 1961-ci il), İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi olub.

Modriç bu qolu İtaliya çempionatının 3-cü turunda “Boloniya” ilə oyunda (1:0) vurub.

Qeyd edək Modriç “Milan”a yay transfer pəncərəsində azad agent kimi qoşulub.

Xatırladaq ki, “Milan”ın ilk üç turdan sonra altı xalı var və A Seriyasının turnir cədvəlində beşinci yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
yeniavaz.com

2Mənbələr