AZ

Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir

Tramp

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq iddia qaldırıb.

Reyting.az
xəbər verir ki, bu barədə prezidentin özü sosial media hesabında yazıb.

Tramp “The New York Times”i “solçu Demokrat Partiyasının ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb. O, Floridada 15 milyard dollarlıq böhtan iddiası qaldırdığını qeyd edib.

ABŞ prezidenti özünə və ailəsinə qarşı böhtan atılmasını, nəşrin 2024-cü ildə keçiriləcək prezident seçkilərində rəqibi, o zamankı vitse-prezident Kamala Harrisə açıq dəstəyini göstərib.

Avqust ayında Tramp “Fox News” radiosuna verdiyi müsahibədə həyat yoldaşı Melaniyanın keçmiş ABŞ liderinin oğlu Hunter Baydenə qarşı 1 milyard dollarlıq böhtan iddiası qaldırmasını dəstəkləmişdi.

V. QULİYEV
Seçilən
38
reyting.az

1Mənbələr