AZ

Heydər Əliyev Beynəlxalq Aeroportu tarixində ən işlək avqust ayını qeyd edib

Bakı. Trend:

16 sentyabr, 2025-ci il – 2025-ci ilin avqust ayında HeydərƏliyev Beynəlxalq Aeroportu 840 minə yaxın sərnişinə xidmətgöstərməklə rekord göstəriciyə nail olub.

Hava Limanından Trend-ə verilən məlumata görə, bu rəqəm bütünillərin avqust ayı ərzində qeydə alınmış ən yüksək nəticədir.

Bildirilib ki, bu müddətdə ümumilikdə 8,238 uçuş həyatakeçirilib.

Yay mövsümündə sərnişinlərin səyahət üçün ən çox üstünlükverdiyi istiqamətlər İstanbul, Antalya, İzmir, Dubay və Tbilisişəhərləri olub. Bu istiqamətlərdə xidmət göstərən 38 beynəlxalqaviaşirkət arasında xüsusilə “Turkish Airlines”, “AJet”, “FlyDubai”, “Air Arabia” və “Wizz Air” yüksək sərnişin axını iləfərqlənib.

Tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Belə ki,bu ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çoxolmaqla 42,053 sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundantranzit keçib.

Milli aviadaşıyıcı AZAL tərəfindən Bakı–Naxçıvan–Bakı marşrutuüzrə daşınan sərnişinlərin sayı ötən ilin avqust ayı ilə müqayisədə2% artaraq 79,120 nəfərə çatıb. Bu istiqamətdə həyata keçirilənuçuşların sayı isə ay ərzində 372-yə yüksəlib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərəgöstərilən xidmətlərin yüksək keyfiyyəti və uçuşlarıntəhlükəsizliyi istiqamətində fəaliyyətini davam etdirir. Eynizamanda Azərbaycanı beynəlxalq hava nəqliyyatı xəritəsində mühümtranzit mərkəzlərindən biri kimi möhkəmləndirir.

Seçilən
28
19
az.trend.az

10Mənbələr