AZ

100 azərbaycanlı 68 minə qarşı

Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Benfika” ilə üz-üzə gələcək. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək görüşə maraq olduqca yüksəkdir.

“Estadio da Luz” stadionunda keçirələcək matça bütün biletlər tükənib. 68 min 100 nəfər azarkeş tutumuna malik arenada ev sahibi komanda möhtəşəm azarkeş dəstəyi ilə mübarizə aparacaq. 

Stadionda Azərbaycan çempionunu da qələbəyə səsləyəcək tamaşaçılar olacaq. Ağdam klubunun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Avropada yaşayan 100-ə yaxın həmyerlimiz bu gün “Qarabağ”ı Lissabonda yalnız buraxmayacaq.

“Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
idmanxeber.az

2Mənbələr