“Azərbaycana yatırımlarımız artmaqda davam edəcək”.
“APA-Economics” xəbər verir ki, bunu “Mastercard”ın Marketinq və Kommunikasiyalar üzrə vitse-prezidenti Yasemin Develioglu bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı böyüməkdə, genişlənməkdə davam edir: "Ölkənin daha da cəlbediciliyi artır. Bu isə Azərbayana yatırımlarımızın artırmasının önəmli olduğunu göstərir".