AZ

Rübio: HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etmək üçün bir neçə günü var

HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etmək üçün bir neçə günü var

İnterpress.az xəbər verir ki, ABŞ dövlət katibi Rübio bəyan edib ki, HƏMAS qısa müddət ərzində atəşkəs razılaşması ilə bağlı qərar verməlidir.

Bu barədə Təl-Əvivdən Dohaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, İsrail bölgədə əməliyyatlara başlayıb və vaxt məhduddur.

“Bizim artıq aylarımız yoxdur, cəmi bir neçə gün və ola bilsin həftələrimiz qalıb. Bu, həlledici məqamdır”, – Rübio qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr