AZ

Azərbaycan TDT-nin Beynəlxalq Turizm Forumunda təmsil olunub - FOTO

15-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Davamlı Turizmin İnkişafı” mövzusunda Beynəlxalq Turizm Forumunda Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Dövlət Turizm Agentliyindən Moderator.az-a verilən məlumata görə, forum çərçivəsində çıxış edən Kənan Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini, eyni zamanda davamlı və inklüziv turizmin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
 
Çıxış zamanı Azərbaycanın həyata keçirdiyi təşəbbüslər barədə iştirakçılara məlumat verilib, yeni turistik marşrutlarının yaradılması, ekoturizm layihələrinin reallaşdırılması, eləcə də plastik tullantıların azaldılması üzrə proqramların icrası diqqətə çatdırılıb.
 
Kənan Quluzadə, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etdiyini xatırladaraq, qəbul olunmuş “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qlobal miqyasda əhəmiyyətini vurğulayıb və türk dövlətlərini davamlı turizm sahəsində sıx əməkdaşlığa dəvət edib.
 
Tədbirin ikinci günündə iştirakçılar üçün “Türk Dövlətləri Təşkilatı məkanında macəra turizminin inkişafı” mövzusunda seminar təşkil olunub.
Seçilən
30
10
moderator.az

10Mənbələr