AZ

“Ermənistanda revanşçı ritorikanın zəiflədiyini görürük” - Turab Rzayev

“Ermənistanda revanşçı ritorikanın zəiflədiyini görürük”.

Politoloq Turab Rzayev News365.az-a verdiyi açıqlamada bildirib ki, Ermənistandakı son siyasi ritorika Qarabağ məsələsində reallıqların get-gedə qəbul edildiyini göstərir.

Rzayevin sözlərinə görə, əvvəlki illərdə müxalifət və ya müəyyən siyasi qruplar “biz hakimiyyətdə olsaydıq, Qarabağ getməzdi” kimi ritorika ilə ictimaiyyəti aldatmağa çalışırdılar:

“Onlar vəd edirdilər ki, hakimiyyətə gələcəklərsə əraziləri geri qaytaracaq, 90-cı illərin senarilərini təkrar edə biləcəklər. Bu, əhaliyə yanlış ümidlər verən mesaj idi. Lakin indiki məqamda Seyran Ohanian və digər rəhbər şəxslərin ritorikası göstərir ki, onlar artıq real vəziyyəti qəbul edirlər”.

Politoloq vurğulayıb ki, Ermənistanın rəhbərliyinin bəzi nümayəndələrinin sülh müqaviləsi və onun şərtlərinə dair fərqli yanaşma və təkliflər irəli sürməsi vacibdir:

“Əks halda bu, o demək olacaq ki, bütün bəndlərdə hazırkı hakimiyyətin — Paşinyanın qəbul etdiyi məqamlar rəsmən təsdiqlənir. Yəni, sülh danışıqlarında müəyyən bəndlərə qarşı çıxış və alternativ təkliflər səslənməlidir”.

Rzayev əlavə edib ki, bu dəyişikliklər Ermənistan daxilində revanşist adlandırılan qüvvələrin mövqelərinin zəiflədiyini və Azərbaycanın Qarabağdakı qələbəsinin reallıq kimi qəbul edilməyə başlandığını göstərir.

Politoloq fikrini belə yekunlaşdırıb: “Faktiki olaraq, Ermənistanın bəzi siyasi təbəqələri artıq Azərbaycan ərazi bütövlüyü ilə bağlı reallıqları qəbul etdiklərini nümayiş etdirirlər”.

Seçilən
18
news365.az

1Mənbələr