AZ

17 yaşlı məmur 500 min dollarlıq saat taxdı - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam bahalı saatı ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, 17 yaşlı Adamın fotolarını bacısı Tabarik Kadırova instaqram hesabında paylaşıb. 

Görüntülərdən Kadırovun oğlunun qolunda ABŞ-nin “Jacob & Co” şirkətinin “Epic SF24” markalı saatına bənzər aksessuar görmək mümkün olub. Həmin saatın qiyməti isə təqribən 497 min dollar olaraq qiymətləndirilir. 

Həmin fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan Təhlükəsizlik Şurasının katibidir. O, ilk vəzifəsinə 15 yaşında təyin olunub. Belə ki, o bu zaman Çeçenistan liderinin təhlükəsizliyi xidmətinin ən gənc rəhbəri olub. A.Kadırov sözügedən təyinatlar, eləcə də digər fəaliyyətləri ilə gündəmə gəlib. 

 


Seçilən
18
2
redaktor.az

4Mənbələr