AZ

Rusiyada erməni bizmesmen HƏBS EDİLDİ FOTO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskva ətrafında məhkəmə Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın qətli işi üzrə biznesmen Araik Amirxanyanı həbs edib.Bizim.Media xəbər verir ki, bu barədə istintaqın gedişi ilə tanış mənbəyə istinadən RİA Novosti məlumat yayıb.Mənbənin sözlərinə görə, Moskva vilayətində məhkəmə iş adamına həbs qətimkan tədbiri seçib.Xatırladaq ki, 9 iyunda Kivanın qətli işi üzrə şübhəli şəxs kimi Ukraynanın “Ukravtodor” şirkətinin keçmiş podratçısı, 44 yaşlı erməni əsilli iş adamı Araik Amirxanyanın adı hallanmışdı.Telegram-kanal Baza-nın məlumatına görə, Amirxanyan Kivanın yaşayış ünvanı ilə bağlı məlumatı Ukrayna xüsusi xidmət orqanlarına ötürüb, bundan sonra keçmiş deputatın yanına killer göndərilib. Hazırda iş adamı Moskvaətrafı istintaq təcridxanasında rüşvət vermə işi üzrə saxlanılır.Ukraynada isə Amirxanyan büdcədən 500 milyon qrivnanın mənimsənilməsində ittiham olunub, daha sonra erməni pasportu olduğuna görə Ukrayna vətəndaşlığından məhrum edilib.Qeyd edək ki, 2023-cü ilin dekabrında Moskva ətrafında Ali Radanın keçmiş deputatı, xüsusi əməliyyat başlamazdan əvvəl Rusiyaya köçərək siyasi sığınacaq alan İlya Kiva başından güllə ilə vurularaq qətlə yetirilmişdi.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
bizim.media

2Mənbələr