ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Problemli kredit məsələlərinin bir forması da budur. Məsələn, xüsusilə bir şəxsin ödəyə bilmədiyi krediti başqq şəxs öz adına, boynuna götürmək istəyir ki, krediti o ödəsin.
Bəs bu hal mümkündür?
Bankla necə razılaşmaq olar?
Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya danışıb.
Onun sözlərinə görə, krediti üçüncü şəxsə keçirmək, yəni borc alanın dəyişdirilməsi, ancaq bankın razılığı ilə mümkündür.
“Bank “təkrar borc müqaviləsi” və ya “borcun novasiyası” imzalaya bilər. Bunun üçün yeni borcalanın maliyyə imkanları qiymətləndirilir. Bank razı olmazsa, ödənişə dair daxili razılaşma etsəniz də hüquqi baxımdan yenə də sizin adınıza borc qalır. Borcu kimin faktiki ödəməsindən asılı olmayaraq, bank müqavilədə adı keçən şəxsdən tələb edəcək”,-deyə o bildirib.
Elmar
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.