AZ

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaların təqdimatını təxirə salıb

Avropa Komissiyası (AK) gözlənildiyi kimi, sentyabrın 17-də Rusiya əleyhinə növbəti sanksiyalar paketini təqdim etməyəcək. Bununla bağlı qərar qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə sentyabrın 16-da “Politico” qəzeti avropalı diplomata istinadən məlumat yayıb.

“19-cu sanksiya paketinin təqdimatı təxirə salınıb”, - nəşr bildirib.

AK yeni sanksiyaların rəsmi təqdimatı üçün yeni mümkün tarixləri dəqiqləşdirməyib. Nəşrin məlumatına görə, gecikmə Avropa İttifaqının (Aİ) diqqətinin Slovakiya və Macarıstana təzyiq göstərilməsinə yönəlməsi ilə bağlıdır.

Avqustun 29-da Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrini Rusiyadan neft tədarükünə qarşı ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə bənzər ikinci dərəcəli sanksiyalar tətbiq etməyə çağırıb. Sentyabrın 12-də məlum olub ki, Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işi başa çatdırır. Kallas qeyd edib ki, Rusiya neftinin, “kölgə” donanması tankerlərinin və bankların tədarükü ilə bağlı əlavə tədbirlərə baxılacaq.

P.Əmircanov
XQ

Seçilən
23
50
xalqqazeti.az

10Mənbələr