AZ

Çempionlar Liqası: “Qarabağ” “Benfika” səfərində

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq. 

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika”nın qonağı olacaq. Oyun “Estadiu da Lus” stadionunda, saat 23:00-da start götürəcək. Matçın baş hakimi belçikalı FİFA referisi Erik Lambrexts olacaq.

Azərbaycan çempionu 2-ci turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

16 sentyabr

23:00. Benfika (Portuqaliya) – Qarabağ

Baş hakim: Erik Lambrexts.

Lissabon, “Estadiu da Lus” stadionu

Seçilən
34
idmanxeber.az

1Mənbələr