AZ

Bakıda məşhur əyləncə klubunun fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda əyləncə klubunun fəaliyyətini dayandırıb.

Bu barədə Busaat.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

 

Seçilən
29
5
busaat.az

6Mənbələr