AZ

Gürcüstanda mikroavtobus qəzaya uğradı, 15 nəfər xəsarət aldı

TBİLİSİ, 16 sentyabr. TELEQRAF

Gürcüstanın Quriya bölgəsindən Baxmaro kurortu istiqamətində hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində baş vermiş hadisədə 15 nəfərin xəsarət aldığı bildirilir.

Aralarında xarici ölkə vətəndaşlarının da olduğu yaralılar xəstəxayana çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma maddəsi üzrə araşdırmaya başlanılıb.

Seçilən
9
teleqraf.com

1Mənbələr