AZ

"Deloitte" şirkəti 2024-cü ildə Azərbaycanın ÜDM strukturundakı dəyişikliklər barədə bəhs edib

Bakı. Trend:

2024-cü ildə Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) strukturuötən illərlə müqayisədə dəyişib.

Trend bu barədəaudit və digər peşəkar xidmətlərin göstərilməsi üzrə dünyanınaparıcı şirkətlərdən olan “Deloitte” şirkətinə istinadən xəbərverir.

Qeyd olunur ki, sənaye sektorunun (istehsal və emal) payı2022-ci ildəki 51,1 faizdən 2023-cü ildə 40,5 faizə, 2024-cü ildəisə 35,9 faizə düşüb.

Eyni zamanda, 2022–2024-cü illərdə Azərbaycanda iqtisadiyyatınbir sıra əsas istiqamətləri üzrə davamlı artım müşahidə olunub. Ənyüksək artım sosial və digər sektorlarda (14,7 faizdən 19,9 faizə),eləcə də ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində (8,2faizdən 10,7 faizə) qeydə alınıb. “Deloitte” şirkətininhesablamalarına görə, istehsal və idxala qoyulan xalis vergilər(7,4 faizdən 9,8 faizə), nəqliyyat və anbar təsərrüfatı (6,0faizdən 7,0 faizə), tikinti (4,8 faizdən 6,7 faizə), kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda (4,8 faizdən 5,7faizə) da əhəmiyyətli artım baş verib. Daha mülayim artıminformasiya və rabitə sahəsində (1,4 faizdən 1,9 faizə), həmçininyerləşdirmə və ictimai iaşə seqmentində (1,6 faizdən 2,4 faizə)müşahidə olunub.

Məlumatda qeyd olunur ki, 2018-ci ildən dövlətin xarici borcutədricən azalıb — 8,9 milyard dollardan 2024-cü ildə 5,1 milyarddollara düşüb ki, bu da xarici borclanmalardan uzaqlaşmanıgöstərir. Bununla yanaşı, daxili borc kəskin artaraq 1,3 milyardmanatdan 18,7 milyard manata yüksəlib və bu da 2021–2022-ci illərdəmüvəqqəti azalmadan sonra borcun ÜDM-ə nisbətinin yenidən artmasınasəbəb olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə 83milyard manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrüilə müqayisədə 1 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb,qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

ÜDM strukturunda sənayenin payı 34,9 faiz, ticarət və nəqliyyatvasitələrinin təmiri 10,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla yanaşıtikinti sahəsinin hər biri 6,3 faiz, turistlərin yerləşdirilməsi vəictimai iaşə 2,8 faiz, informasiya və rabitə sahəsi 1,8 faiz, digərsektorlar isə 20,7 faiz təşkil edib. Məhsullar və idxal üzrə xalisvergilər ÜDM-in ümumi həcminin 9,8 faizini ehtiva edib.

Adambaşına düşən ÜDM 8111 manat olub.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr