“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2025/26 mövsümünün Çempionlar Liqasının qrup mərhələsi startı ərəfəsində komandasının ötən mövsümdən hansı dərsləri çıxardığını açıqlayıb.
İdman.biz xəbər verirki, ispaniyalı mütəxəssis "Arsenal"la bağlı qətiyyətli fikirlər səsləndirib.
O, kifayət qədər güclü olduqlarını vurğulayıb: "Hər hansı rəqibə, hər gün qarşı dura bilək. Bunun üçün iki vacib amil var: kritik anlarda bütün heyətin hazır olması və yaranan imkanda topu qapıdan keçirə bilmək. Keçən mövsüm yarımfinala çıxmamağımız böyük bədbəxtlik idi. Amma bundan çox şey öyrənmək olar. Burada vacib olan yalnız hisslər deyil, həm də özümüzə qarşı qoyduğumuz gözləntilər və sonadək gedə biləcəyimizə real inamdır. Turnir boyunca çox yaxşı sabitlik nümayiş etdirdik, indi isə bunun üzərində dayanıb daha yaxşı olmağa çalışmalıyıq”.
Qeyd edək ki, “Arsenal” bu gün qrup mərhələsinin ilk turunda səfərdə “Atletik”lə qarşılaşacaq.
İdman.biz