AZ

KİV: Aİ Rusiyaya sanksiyalar paketini təxirə salıb

Avropa İttifaqı Rusiya əleyhinə sanskiyalar paketini planlaşdırıldığı kimi sentyabrın 17-də elan etməyəcək.

APA xəbər verir ki, bu barədə “Politico” anonim avropalı diplomata istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sanksiyalar paketinin elan olunması müddətsiz olaraq təxirə salınıb.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqı Rusiyaya sanksiyalar üzərində fokuslanmaq əvəzinə, Slovakiya və Macarıstana təzyiq göstərərək onların Rusiya neftindən asılılığını azaltmağa çalışır.

Seçilən
17
2
apa.az

3Mənbələr