AZ

İstanbulda metrobüsün mühərriki alışdı, sərnişinlər təxliyyə edildi

İstanbulun Bayrampaşa rayonunda hərəkətdə olan metrobüsün mühərrik hissəsində yanğın baş verib.

News365.az xəbər verir ki, “TRT Haber”in məlumatına görə, sərnişinlər dərhal təhlükəsiz şəkildə təxliyyə olunub.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu qısa müddətdə nəzarət altına alıblar.

Daha sonra metrobüs evakuator vasitəsilə yoldan çıxarılıb. Yanğın səbəbindən D-100 şosesində ciddi tıxac yaranıb, metrobüs xətləri üzrə səfərlər müvəqqəti olaraq dayandırılıb.

News365.az

Seçilən
43
news365.az

1Mənbələr