AZ

Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib

"Son 8 ayda diplom tanınması ilə bağlı 3480 müraciət əsasında müvafiq ekspertiza həyata keçirilib".

APA xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2989 müraciətə müsbət rəy verilib: "14 % müraciətə isə mənfi rəy verilib. Mən düşünürəm ki, bu mövzuda maarifləndirmə düzgün aparılsaydı, imtina qərarları da olmazdı", - o bildirib

Seçilən
30
4
apa.az

7Mənbələr