BAKI, 16 sentyabr. TELEQRAF
İspaniya millisinin sabiq futbolçusu Xuan Mata Avstraliyada komandasını dəyişib.
Teleqraf xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Vestern Sidney"lə başa çatan müqaviləsini yeniləməyib.
O, karyerasını "Melburn Viktori"də davam etdirəcək.
Qeyd edək ki, Xuan Mata 2023-cü ilin sentyabrında Avropa futbolunu tərk edərək Yaponiyanın “Vissel Kobe” klubuna keçib. İspaniyalı oyunçu bir il sonra Avstraliyaya köçüb. Mata karyerası ərzində vətənində "Real Madrid"lə "Valensiya", İngiltərədə "Çelsi" və "Mançester Yunayted", eləcə də Türkiyədə "Qalatasaray"ın şərəfini qoruyub.