AZ

Vətən müharibəsi Qəhrəmanına həsr edilmiş kitabın təqdimatı oldu - FOTOLAR

44 günlük  Vətən müharibəsində Murovdağda qəhrəmancasına şəhid olan kapitan, Vətən müharibəsi Qəhrəmanı Rəşad Abdullayevə həsr olunmuş kitab təqdim olunub. 

Adalet.az xəbər verir ki, “Murov aslanı” adlanan kitabın müəllifi şair-publisist Ədalət Salmandır. Müdafiə Nazirliyinin Mədəniyyət Mərkəzində baş tutan görüşdə şəhid kapitanın ailə üzvləri, döyüşçü yoldaşları, hərbçilər, yazıçı və şairlər iştirak ediblər. 

Görüşdə şəhid Rəşad Abdullayevin döyüş yolundan bəhs edilib. 

Qeyd edək ki, şəhid kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Göytəpə qəsəbəsində anadan olub. O, üç bacının yeganə qardaşı idi. Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlər zamanı sentyabrın 29-da şəhid olub. 

O, ölümündən sonra ölkə başçısı tərəfindən Rəşad “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin Rüqəyya və Məmmədağa adlı iki övladı yadigar qalıb.

Vasif ƏLİHÜSEYN

Seçilən
17
1
adalet.az

2Mənbələr